Düşüncə tərzinizi dəyişdirəcək 18 fəlsəfi film

NurlanSentyabr 6, 2017Baxış sayı: 809

Bu yazıda sizə 18 film haqqında yazacam. 18 fəlsəfi film haqqında. Bu filmləri izləsəniz sizin dünyaya “baxış açınız” xeyli dəyişəcək. Düşüncə tərziniz dəyişəcək. Filmləri izləmək üçün sadəcə filmin adına klik edərək film səhifəsinə keçid edin. Xoş izləmələr 🙂

18. Man About Town (2006)

Jack Giamoro son dərəcə varlı və uğurlu bir menecerdir. Los Angeles’də ixtisası üzrə karyerası var. Ancaq günlərin birində həyat onu sınayar. İlk olaraq həyat yoldaşının, onu öz müştərisi ilə aldatdığını öyrənər. Ardından bir şanssızlıq nəticəsində özünün bütün şəxsi həyatı haqqında yazdığı gündəliyi bir jurnalistin əlinə keçər. İtirmək üzrə olduğu şeylərə sahib çıxmaq adına atdığı addımlar təəssüf ki Jack’i səhvlər silsiləsinə sürükləyər. Ailə, sədaqət, özgüvən və rəqabət kimi mövzulardan bəhs edən bu dramatik komediya filminin, özünəməxsus bir baxış açısı mövcuddur.

IMDb: 5.6

17. Seven Years in Tibet (1997)

1939 payız fəslində Heinrich Harrer adında Avstriyalı məşhur alpinist Peter Aufschnaiter, Himalay dağlarının ən yüksək zirvələrindən biri olan Nagna Parpat zirvəsinə çıxmaq üçün yola qoyular. Bu yolçuluqdan əvvəl tək məqsədi şan-şöhrət əldə etmək olan Harrer, ancaq özünü düşünən, özündən başqa heç bir şeyi fikirləşməyən bir insandır. Himalay dağlarında etdiyi bu yolçuluq onun həyatını, emosional hislərini tamamilə dəyişdirər. Onu əvvəlcə Himalay’ın zirvəsindən İngilis əsir düşərgəsinin dərinliklərinə, daha sonra da bir qaçış və iki il davam edən məcburi Himalay yolçuluğunun ardından Tibet’in gizəmli kəndi olan Lhasa’ya sürükləyən bu qeyri-adi yolçuluq sayəsində duyğusal bir oyanış yaşayacaq.

IMDb: 7.0

16. Agora (2009)

Hypatia – Tarixin gördüyü ən güclü və cazibədar qadınlardan biri olub. Filosof və astronom olan Hypatia xristianlar tərəfindən vəhşicəsinə öldürülsə belə,tarix onu heç vaxt insanlara unutdura bilmədi.Dinə qarşı gəldiyi üçün tikə-tikə doğranan və yandırılan Hypatia-nın mühüm elmi işlərinin heç biri indiyə kimi gəlib çatmamışdır. Ondan geriyə yalnız tələbələrindən biriylə olan bir neçə yazışması qalmışdır.

IMDb: 7.2

15. The Terminal (2004)

Victor Navorski Amerika yolunda ikən ölkəsində hərbi zərbə olması üzərinə New York’un Beynəlxalq Hava limanında qapalı qalır. Pasportu artıq etibarsız olduğu üçün Amerikaya girmə haqqını itirmiş vəziyyətdə olan Victor nə ölkəsinə geri dönə bilir, nə də Amerikaya girə bilir. Ölkəsindəki döyüş bitənə qədər hava limanı terminalının tranzit sərnişinlər salonunda gözləmək məcburiyyətində qaldığında başına gəlməyən qalmır. Usta rejissor Steven Spielberg’in gerçək bir hekayədən ilhamlanaraq çəkdiyi bu möhtəşəm film Tom Hanks’ın də usta aktyorluğu ilə pərçimlənmişdir. Və ortaya isti və tragikomik bir film çıxmışdır.

IMDb: 7.3

14. The Fountain (2006)

Filmin 21-ci əsrdəki zamanında bilim adamı olan Tommy Creo, ölmək üzrə olan xərçəng xəstəsi Izzi’ni qurtara bilmək üçün ümidsizcə xəstəliyə çarə tapmağa çalışmaqdadır.. 26-cı əsrdə isə kosmik səyyah olan Tom, kosmosdakı gəzintisi sırasında özünü çox uzun vaxtdır narahat edən hadisələrin arxasındakı gerçəkləri kəşf edər.

IMDb: 7.3

13. The Devil’s Advocate (1997)

Ruhunu şeytana satmanın fərqli bir forması. Filmdə vəkil haqsızlıq və günah törədmiş insanları müdafiə edir və qalib gəlir. Bu filmin əsas üstünlüyü ilk növbədə onun aktyor heyəti və mövzusudur. Al Paçino (Al Pacino ), Kianu Rivas (Keanu Reeves ) və Şarliz Teron ( Charlize Theron ). Təkcə sadalamaq kifayət edir ki, aktyor seçimi və performansı barədə təsəvvürümüz yaransın.

IMDb: 7.5

12. The Illusionist (2006)

Sehirbazlıq haqda digər bir film The İllusionist. Sirr və sehirbazlığın birləşdiyi, baş rolda Edvard Nortonun oynadığı bir film. Ssenarisi varlı qızla kasıb oğlanın qovuşa bilməməsi haqdadır. İlk öncə şablon gələ bilər, amma belə film çətin tapılar. Bir-birindən ayrı düşükdən sonra Eisenheim (Edvard Norton) sehirbazlığın bütün sirlərinə yiyələnir və geri döndükdə məşhur bir sehirbaz kimi tanınır. Sevdiyinə isə qovuşmaq heç də asan olmayacaqdır. Çünki qız gələcək imperator olacaq birinə nişanlıdır. Sadə və bir o qədər sirli bir film.

IMDb: 7.6

11. The Truman Show (1998)

Truman möhtəşəm bir adada yaşayır. Ancaq bu ada, Truman xaricində hər şeyin saxta olduğu bir mühitdir. Doğulduğu gündən bəri davamlı tamaşaçılar tərəfindən izlənilmişdir. Truman, bunun heç fərqində olmaz, ta ki öldüyünü sandığı atasını görənə qədər.

IMDb: 8.1

10. Before The Rain (1994)

Mövzusu Bosniya savaşı sırasında gerçəkləşən film, başda bir-biri ilə əlaqəsiz kimi görünən üç ayrı hekayədən mövcuddur. “Sözlər”, “Üzlər” və “Şəkillər” başlıqlarını daşıyan bu hekayələr sonda bir-birləri ilə kəsişir. Film bu anlamda formal olaraq Alejandro González Iñárritu’nun Babeli’ni (2006) ağıllara gətirir. Bir savaş atmosferində və siyasi çalxantıların zəminində talehsiz bir sevgilərin anlatıldığı hekayələrdən ilki Makedoniya’da bir Pravoslav Manastırında, ikincisi Londonda keçərkən, üçüncü hekayədə isə təkrar Makedoniya’ya geri qayıdar və bu sonuncu hekayə, ilk iki hekayəni bir-birinə bağlayar.

IMDb: 8.1

9. Black (2005)

2005- ci ildə çəkilən gözəl bir hind filmi. Həyatını qaranlıqda yaşamağa məhkum olan kar və kor bir qızın ailəsi tərəfindən bir şeyi bacaracağına inam olmadığı halda, müəllimi sayəsində “həyatın əlifbası”nı öyrənməsindən bəhs edər. Ailəsinin imkansız olduğunu düşündüyü bir çox şeyi müəlliminin köməyi ilə həyata keçirməsinin əsasında duran, müəlliminin ona sözləri öyrədərkən “imkansız”ı öyrətməməsi idi bir növ.

IMDb: 8.2

8. Amadeus (1984)

Piter Şefferin Puşkinin “Motsart və Salyeri” faciəsi əsasında yazıdığı ssenariyə Miloş Formanın çəkdiyi film. Ən yaxşı film, ən yaxşı rejissor və ən yaxşı akyor nominasiyaları da daxil olmaqla 8 Oskar qazanmışdır.

IMDb: 8.3

7. Up (2009)

Həyatı boyunca yaşamaq istədiyi macəra xəyalini reallaşdırmaq üçün evinə minlərlə şar bağlayıb Cənubi Amerikanın vəhşi təbiətinə doğru səfərə çıxan 78 yaşındakı Carl Fredricksen’ın hekayəsinin izah edildiyi bir komediya. Ancaq Carl, səfərə başladıqdan sonra ən böyük qorxusunun da yanında aparmaqda olduğunu başa düşər: çox optimist, təbiət kəşfçisi 8 yaşındakı Russel’ı.

IMDb: 8.3

6. Amelie (2001)

Çox qəribə bir ana ata tərəfindən böyüdülən Amelie, gündüzləri Parisdə bir kafedə ofisiant olaraq çalışar, axşamlarını isə kiçik evində yalnız olaraq keçirməkdədir. Heç bir dostu və həyatdan gözləməsi olmayan bu utancaq və sevimli gənc qadının həyatı qısa zaman içində dəyişmək üzrədir. Bir gün illər əvvəlindən qalma bir qutu tapan Amelie, sahibini taparaq qutunu ona verir. Beləcə ətrafındakı insanlara kömək edərək həyatlarını yaxşılaşdırmağa qərar verir. Bu vaxt qarşılaşdığı Nino adlı bir adamdan çox xoşlanar amma onunla danışmağa cəsarət edib öz həyatını da dəyişəbiləcək mi?

IMDb: 8.4

5. 3 İdiots (2009)

Hindistanın ən yaxşı məktəbində mühəndislik fakültəsində oxumaqda olan üç yoldaş – Rancho, Ferhan və Raju eyni məktəbin yataqxanasında eyni otaqda qalırlar. Raju ailəsinin maddi vəziyyətləri yaxşı olmadığı üçün və bu pis gedişata bir son vermək üçün universitetdə oxumaqdadırlar.Ferhan yalnız ailəsinin təklif etdiyi bir fakultəni oxumaqdadır.Rancho’nun isə maşınlara qarşı çox böyük bir marağı var və bu duyduğu maraq üzündən mühəndislik fakültəsini oxumağa qərar vermişdir. Ancaq bu üçlü bir araya gəldiklərində ağla gəlməyəcək hadisələr davamlı baş verir və tam bir qəhqəhə tufanı meydana gəlir. Eyni zamanda dostluq anlayışını yaxşı bir şəkildə ələ alan 3 İdiots filmində təhsil sisteminə qarşı çox sərt göndərmələr və zarafatlar də aparılır. Təhsil sisteminə etdiyi göndərmələr üzündən bir müddət prodüserlərin başı ağırsa da,təbii ki heç bir şey olmamış və film hər kəs tərəfindən bəyənmə ilə izlənilməyə davam etmişdir.

IMDb: 8.4

4. It’s A Wonderful Life (1946)

Corc Beyli Bedford Folls şəhərciyində olan bir kredit şirkətinin sahibidir.İflasın astanasında olan Corc Beyli bir Milad gecəsində özünü çaya ataraq intihar etmək qərarına gəlir.Sonrakı hadisələr isə qəribə hal alır.

IMDb: 8.6

3. The Matrix (1999)

Professional bir komputer proqramçısı və eyni zamanda hacker deyə çağırılan internet piratlarının ən yaxşılarından olan Thomas özünü dünya nizamını pozmağa çalışanlara qarşı mübarizə edəcək bir qrupun içində tapacaqdır. Thomas eyni zamanda qara kostyumlu və eynəkli adamlar tərəfindən təqib edilir. Biri ilə qarşılaşdığında bunun səbəbini öyrənəcəkdir.

IMDb: 8.7

2. Inception (2010)

Cobb çox güclü bir oğrudur. O insan beyninin ən müdafiəsiz olduğu vaxtda yəni yuxuda şüur altına girərək məxfi və dəyərli məlumatları oğurlaya bilir. O bu nadir özəlliyinə görə ən çox axtarılan biri olmuşdur. Və bu özəlliyi onun bütün hər şeyini əlindən almışdır. Amma əvvəlki həyatını qaytarmaq üçün ona bir şans verilir. O son tapşırığın öhtəsindən gəlməlidir.

IMDb: 8.8

1. The Shawshank Redemption (1994)

Müəmmalı bir şəkildə arvadını öldürmək günahından Shawshank həbsxanasına göndərilən bankçı Andy Dufresne ( Tim Robbins ) , burada heç vərdiş etmədiyi bir həyat mübarizəsi verməyə başlayır . Həbsxanada tanış olduğu Ellis Boyd “Red” Redding ( Morgan Freeman ) ilə aralarında mükəmməl bir dostluq meydana gəlir . Shawsank həbsxanasında dayaq , işgəncə , təcavüz , hər cür vəziyyət yaşanmaqdadır, lakin Andy yenə də həyata bağlı və optimist . Bu tutumu ətrafındakıları də təsir edir. Andy ümidli dünyagörüşüylə ətrafındakı bütün məhkumları barmaqlıqlar arxasında belə azad bir həyat ola biləcəyinə inandırır. Andy’nin bu səylərinə ortaq olacaq bir dostu olur.

IMDb: 9.3

 

Categories

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published