İzləyərkən özünüzü detektiv kimi hiss edəcəyiniz 30 möhtəşəm film

NurlanSentyabr 4, 2017Baxış sayı: 1666

Əgər siz də filmi izləyərkən film qəhrəmanları ilə birlikdə tapmaca taparmış kimi sirli epizodları həll etməyə çalışanlardansınızsa, bu filmlərin hamısını izləməyinizi şiddətlə məsləhət görürəm. Rəqəmlər, şifrələr, simvollar, sirrlər həll edilməyi gözləyir.. 😉 Filmləri izləmək üçün sadəcə izləmək istədiyiniz filmin adına klikləyin.

30. The Number 23 (2007)

“Jim Carrey”in komediya xaricində də yaxşı rollar oynadığını isbat edən bir film. 23 sayısını psixolojik olaraq beyninə yeridən Walter Sparrow-dan bəhs edilir bu filmdə. Bir sayının nələrə qadir olduğunu anlamaq bir az çətin olacaq.

IMDb: 6.4

29. The Da Vinci Code (2006)

“Dan Brown”ın ən çox satılan romanından ilhamlanan filmin rejissoru Ron Howard-dır. Professor Robert Langdon’un bir növ şifrələr içindəki rəqsinin filmdə necə təsvir olunduğunu görmək istəyənlər mütləq izləməlidir. Biz sizə əvvəlcə kitabı oxumağı, sonra filmi izləməyi məsləhət görürük.

IMDb: 6.5

28. Fermat’s Room (2007)

Bir birini tanımayan 4 riyaziyyatçı, gizli bir insan tərəfindən tapmacanı həll etmək üçün dəvət olunur. Tapmacanı düz tapmasalar, içində olduqları otaq ölüm otağına çevriləcəkdir. Filmin sonları çox əla alınıb. Tapmacanın necə tapıldığını bilmək üçün filmi izləməlisiniz.

IMDb: 6.7

27. Enemy (2013)

Denis Villeneuve filmlərində görməyə alışdığımız miqdarda sirr, müəmma və gərginlik bir arada. Filmdə nələr olduğunu anlamaq üçün bir dəfə izləmək kifayət etməyəcək.

IMDb: 6.8

26. Triangle (2009)

Filmdə, okeanda yaxta ilə gəzərkən pis hava şəraiti səbəbiylə sirrli bir gəmiyə minmək məcburiyyətində qalan bir qrup insanın hekayəsindən bəhs edilir. Bu hekayə izləyiciləri nəyin nə olduğu üzərində bolluca düşündürür.

IMDb: 6.9

25. Exam (2009)

İş dünyasında lider sayılan və işlərini sirr kimi saxlayan şirkətə işə qəbul olmaq istəyən 8 nəfər imtahan üçün şirkətin otaqlarından birinə gəlirlər.Adi sınaq olacağını gözləyən bu insanlar zaman keçdikcə hər şeyin fərqli olduğunun fərqinə varırlar.Heç yoxdan suallar alan bu insanlardan yalnız biri şirkətdə işə başlayacaq,gələcək karyerasına bir addım atacaqdır. Ancaq bunun üçün onlar bir-bir sualların öhdəsindən gəlməli,kilidləndikləri otaqdan çıxmalıdırlar.

IMDb: 6.9

24. Stay (2005)

Sam Foster (Ewan McGregor), New Yorkda bir psixoloqdur və 21-ci doğum günündə intahar edəcəyini deyən xəstəsi Henry Lethem (Ryan Gosling)-i xilas etməyə çalışarkən, daha böyük bir çıxılmaza düşür. Qısaca filmdə dramla bəzədilmiş David Lynch havası var.

IMDb: 6.9

23. National Treasure (2004)

Əlində bir xəzinə xəritəsi olan ağıllı bir obrazın macəralarını izləmək hamı üçün maraqlı olacaq. İp uclarından istifadə edilərək macəradan macəraya keçilən sirr və gərginlik dolu bir film.

IMDb: 6.9

22. The Adjustment Bureau (2011)

Siyasətçi və rəqqasə arasındakı münasibətə sirli qüvvələr tərəfindən müdaxilə edilir. İkisinin bir araya gəlməsini istəməyən sirrli güclər onları ayrımaq üçün hər şeyi edirlər. Görəsən uğurlu ola biləcəklərmi?

IMDb: 7.1

21. El método (2005)

İş müraciəti üçün bir çox testdən keçən çalışanların mübarizəsi getdikcə çox fərqli bir hal almağa başlayır.

IMDb: 7.3

20. Cube (1997)

Fərqli sosial təbəqələrdən toplanıb bir kubun içərisinə yerləşdirilən insanların ora necə gəldikləri haqqında heç bir fikirləri yoxdur. Oradan çıxa bilmək üçün ağıllarını işlətmələri lazım olacaq, səhv bir seçim onların ölümlərinə səbəb ola biləcək.

IMDb: 7.3

19. Identity (2003)

Şiddətli bir havada bir birinə yad və sirlərlə dolu 10 insan , yol qırağındakı kimsəsiz bir motelə sığınmaq məcburiyyətində qalırlar. İçlərində bir limuzin sürücüsü ,aktrisa,cinayətkarı türməyə aparan bir polis,məşhur televizor aparıcısı, yenicə evlənmiş cütlük və kriz içindəki ailə vardır.Bu cür havadan salamat şəkildə qurtulduqlarına sevinən bu 10 nəfər bir an içində sirli şəkildə tək-tək öldürülməyə başlayır. Yolçular arasında bir anda panika başlayır və bir müddət sonra onlar buraya təsadüfən düşmədiklərinin fərqinə varırlar..

IMDb: 7.3

18. Loft (2008)

Hər biri evli olan beş yaxın dost bərabər bir çardaq kirayə tutarlar. Məşuqələri ilə bərabər gözəl vaxt keçirən bu beş dost üçün hər şey çox yaxşı gedir. Ta ki bir səhər yuxudan oyandıqlarında tanımadıqları bir qadının cəsədini evlərində tapana qədər. Beş dostun içində bir şübhə yaranar. Evin sadəcə 5 açarı var. Beş dostun hamısı bir-birindən şübhələnməyə başlayırlar. Sonra isə onlar bir-birilərini düşündükləri qədər yaxşı tanımadıqlarını anlayacaqlar.

IMDb: 7.4

17. Predestination (2014)

Predestination 2014 istehsalı elm fantastika filmi. Bir “zaman” agenti olan The Bartender (Ethan Hawke), keçmiş və gələcəkdəki günahkarlardan məsuldur. Zamanda səfər edərək qanunları tətbiq və günahkarları tutmaqdadır. Ona verilən son vəzifəsində, fərqli zaman dilimlərində davamlı əlindən qaçmağı bacaran bir günahkarı təqib etməsi xahiş olunur. Bu çətin təqib, onun da keçmiş və gələcək zaman anlayışı içərisindəki həyatını dərindən təsir edəcək.

IMDb: 7.4

16. The Next Three Days (2010)

Həyat yoldaşının günahsız yerə həbsə girməsinə səbəb olan şəxsi tapmaq çətin olacaq. Onu həbsxanalardan qaçırmaq üsulunu isə tapmaq daha da çətindir. John Brennan bunu yoxlamaq üçün plan qurur.

IMDb: 7.4

15. Source Code (2015)

Colter Stevens sürət qatarında oyanır və buraya necə gəldiyi haqqında heç bir fikri yoxdur.Tualetə gedib qayıdarkən oturduğu yerində öz yansımasını görür və şoka düşür.Bu andaca qatarda partlayış yaranır.Colter bu partlayışdan da oyananda gizli bir missiyada olduğunun fərqinə varır.Colter çox gizli bir proqrom olan “yaşam şifrəsi” ilə bir cür zaman səyahəti edərək partlayışdan 8 dəqiqə əvvələ göndərilir. Artıq onun partlayışı törədəni tapması üçün 8 dəqiqəsi vardır.

IMDb: 7.5

14. Sherlock Holmes (2009)

Belə bir siyahı yaradırıqsa, bu siyahıda mütləq yer almalı filmlərdən biri də Sherlock Holmes-dir. Əslində filmdə hansısa bir tapmacanı tapmağa çalışsanız boşuna olacaq, çünki Sherlock bu işi sizə buraxacaq qədər yavaş deyil.

IMDb: 7.6

13. Zodiac (2007)

David Fincher’in möhtəşəm filmlərindən biri daha . Triller , dedektiv janrında olan filmləri sevənlər mütləq baxsın. Film real hadisələrə əsaslanmışdır.

IMDb: 7.7

12. The Machinist (2004)

Trevor Reznik təxminən bir ildir yata bilmir. Fiziki və mənəvi cəhətdən günü gündən çökən Trevor bunun səbəbini anlaya bilmir və yaşadığı hər gün ona cəza,qorxu ,panika hissi verir. Bir gün yaşadığı otaqda tapdığı qeydlər onun həyatını dəyişməyə başlayır.

IMDb: 7.7

11. Saw ( 2004)

Bir-birini tanımayan 2 şəxs-Adam və Dr Lawrence bir gün gözlərini açdıqlarında özlərini bağlı və çirkli otaqda görürlər.Bu yerə necə gəldiklərini və burdan çıxmaq üçün nə etməli olduqlarını bilmirlər.Yerdə başı bədənindən ayrılmış insan meyiti gördüklərində isə onları necə bir təhlükə gözlədiklərini başa düşmüş olurlar.

IMDb: 7.7

10. The Game (1997)

Varlı San Francisco maliyyəçisi Nicholas Van Ortonun dəlisov qardaşı Conrad, qardaşına qəribə ad günü həddiyəsi hazırlamaq qərarına gəlir.Qəribə bir oyuna qoşulan Nicholas bu oyunun içərisində çaş-baş qalır..

IMDb: 7.8

9. Mr. Nobody (2009)

Mr. Nobody həyata baxış bucağınızı dəyişəcək, qərarlarımız və paralel dünyalar haqqında təsəvvür yaradan çox gözəl bir elmi fantastik kinodur. Kinonun xüsusilə başlanğıcına diqqətlə baxın ki nələr baş verdiyini rahat anlaya biləsiniz. Bir kitab oxumağa bərabər kinodur deyərdim. Həyata baxışınız və qəararlarınız haqqında yenidnən düşünməyinizə yardımçı olacaqdır.

IMDb: 7.9

8. Prisoners (2013)

Keller Doverin ailəsində bədbəxt hadisə baş verir.Bir gün balaca qızı və yanındakı dostu evlərinin qabağından yoxa çıxır.Keller hər nə qədər çalışsa da qızını tapa bilmir. Əlacsız Keller detektiv Lokidən kömək istəyir. Hadisələr irəllədikcə Keller Lokiylə birlikdə kiçik bir ipucu tapır. Artıq Keller qızını tapmaq üçün hər şeyini ortaya qoyur…

IMDb: 8.1

7. Donnie Darko (2001)

Dünyanın sonuna hal-hazırda 28 gün 6 saat 42 dəqiqə 12 saniyə var.. Həqiqətən gələcək görülmüşdü yoxsa bütün sirrli hadisələr bir şizofreniya xəstəliyinin nəticəsi idi?

IMDb: 8.1

6. Shutter Island (2010)

Bir adada cinayət işləmiş ruhi xəstələrin müalicə edildiyi xəstəxanadakı bir qatilin qaçması ilə Teddy Daniels (Leonardo DiCaprio) və Chuck Aule (Mark Ruffalo) adlı iki polisin axtarış hekayəsi göstərilir. Film beyin yoracaq tərzdədir. Əgər bu filmi izləməmisinizsə, ölmədən izləyəcəyiniz filmlər siyahısına artırmalısınız, mütləq.

IMDb: 8.1

5. Memento (2000)

Leonard Shelby həyatını arvadına təcavüz edib öldürənləri tapmaq üçün sərf edən biridir. Ancaq onun bir problemi var- 15 dəqiqədən bir yaddaşı silinir və heç nə xatırlamır. Bunun üçün o getdiyi yerlərin , danışdığı adamların şəklini çəkir, altında müxtəlif qeydlər aparır. Rejissor Cristopher Nolanın çəkdiyi film digər filmlərdən kəskin fərqlənir. Belə ki film final səhnəsindən ən birinci səhnəyə doğru irəliləyir.

IMDb: 8.5

4. The Prestige (2006)

Sehirbazların izləyiciləri aldatması asandır. Bəs bir-birlərini aldatma mövzusunda nə qədər bacarıqlı ola bilərlər? Nolan-ın yenə ağıl dolu bir başqa filmi və yenə filmi əsl mənada başa düşmək o qədər də asan deyil. Diqqətli olun, yoxsa aldana bilərsiz.

IMDb: 8.5

3. Indiana Jones seriyaları (1981) (1984) (1989) (2008)

Arxeoloq olan Indiana Jones’un ağılasığmaz macəralarını dəfələrcə izləsək də sıxılmaq mümkün deyil. Əminik ki, bu seriyaların hamısını izlədikdən sonra bir gün yenə başdan sona kimi izləmək istəyəcəksiniz.

IMDb: 8.5, 7.6, 8.3, 6.2

2. The Usual Suspects (1995)

Beşi də bir-birindən istedadlı və öz sahələrində mütəxəssis məhkumlar, sadə bir qaçırma hadisəsindən sonra gözaltına alındıqlarında heç biri hadisəyə bir məna verə bilmədən boş gözlərlə bir-birlərinə baxır. Hekayəni araşdıran agent David Kujan Kaliforniya San Pedro Limanında 27 adamın ölümü ilə nəticələnən sirrli partlama ilə bu beş adamın əlaqəsi olduğunu düşünür. Əlində qalan tək canlı şahid Verbal Kinte hekayəni başdan sona soyuqqanlılıqla özünə köçürməkdədir lakin bütün sual işarələri bir adamın üzərində sıxlaşar, onun adı: “Keizer Soze”.

IMDb: 8.6

1. Inception (2010)

Cobb çox güclü bir oğrudur. O insan beyninin ən müdafiəsiz olduğu vaxtda yəni yuxuda şüur altına girərək məxfi və dəyərli məlumatları oğurlaya bilir. O bu nadir özəlliyinə görə ən çox axtarılan biri olmuşdur. Və bu özəlliyi onun bütün hər şeyini əlindən almışdır. Amma əvvəlki həyatını qaytarmaq üçün ona bir şans verilir. O son tapşırığın öhdəsindən gəlməlidir.

IMDb: 8.8

Categories

(2) comments

  • Firuza14 Sentyabr 2017Cavabla

    Secilmis filmler cox eladi.Tesekkur edirem.

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published